Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“HDR” və “UHD” dəstəkli ilk virtual reallıq eynəyi nümayiş olunub

“HDR” və “UHD” dəstəkli ilk virtual reallıq eynəyi nümayiş olunub

Tarix: 9 Yanvar 2020 08:32

"Panasonic" korporasiyası "CES 2020" sərgisində "UHD" təsvir ölçülü yüksək dəqiqlikli görüntünü və "High Dynamic Range" (HDR) texnologiyasını dəstəkləyən dünyanın ilk virtual reallıq eynəyini təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, qurğuya "Panasonic" və virtual reallıq ekranları üçün aparıcı istehsalçı - "Kopin Corporation" ilə əməkdaşlıqda yaradılan "OLED" displeylər quraşdırılıb. Həmçinin audio və vizual "Panasonic" texnologiyaları tətbiq edilib.

"Panasonic" və "Kopin" tərəfindən hazırlanan optik modul bir super kompakt moduldan istifadə etməklə görüntünün pozulmasının qarşısını alır.

Dinamik "Technics" şüalandırıcısı sayəsində eynək yüksək keyfiyyətli səsi və istifadə olunan aşağı və yüksək səviyyəli geniş tezliklər diapazonunu təmin edir.

Eynək əlavə bərkidicilər olmadan kompakt və yüngül çərçivəyə malikdir.

"Panasonic" gələcəkdə də virtual reallıq sahəsində texnologiyaların inkişafını planlaşdırır.

Milli.Az


Etiketlər:  dəstəkli virtual reallıq eynəyi nümayiş olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ