Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 17:00
Bakı. Elçin Mehdiyev – Trend:
Bütün dairə seçki komissiyaları sabah saat 18:00-a kimi sənədləri qəbul etməlidir.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, müraciət edən insanın kimliyindən asılı olmayaraq fiziki imkanları çatmaz ki, bütün lazımı addımları atsın və sabah saat 18:00-a kimi DSK-lara çatdırsın: “Bunu ona görə deyirəm ki, bəzi şəxslər təxribat xarakterli bu cür addımlar ata bilər və seçkiyə kölgə sala bilər
Ola bilər kimsə qəsdə edə bilər, seçki prosesin kölgə salmaq üçün təxribat xarakterli bu cür addım ata bilər. Dairə seçki komissiyalarının üzvləri bu məsələdə diqqətli olmalıdır”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin