Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna təyyarəsi raketlə vurulub - ABŞ adminstrasiyası

Ukrayna təyyarəsi raketlə vurulub -  ABŞ adminstrasiyası

Tarix: 9 Yanvar 2020 21:56

ABŞ prezidenti Donald Tramp Tehranda qəzaya uğrayan Ukrayna hava yollarına məxsus təyyarə ilə bağlı açıqlama verib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, o bildirib ki, laynerin qəzaya uğramasına insan amili səbəb ola bilər:

" Çox pis hislər keçirirəm. Sanki kimsə səhv edib".

Röyters agentliyinin məlumatına ABŞ adminstrasiyası təyyarənin səhvən raketlə vurularaq, partladığından əmindir. Amerikalılar hadisə ilə bağlı peyk görüntülərini izləyərək belə qənaətə gəlib.

Xatırladaq ki, Tehran-Kiyev marşrutu üzrə uçan layner havaya qalxandan bir neçə dəqiqə sonra yerə çırpılıb. Nəticədə göyərtədə olan 176 nəfər həyatını itirib. İran hadisənin texniki nasazlıq səbəbiylə baş verdiyini irəli sürüb.


Etiketlər:  Ukrayna təyyarəsi raketlə vurulub ABŞ adminstrasiyası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ