Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elman Yusifov vəzifəsindən AZAD EDİLDİ

Elman Yusifov vəzifəsindən AZAD EDİLDİ

Tarix: 9 Yanvar 2020 21:58

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov vəzifəsindən azad edilib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin yanvarın 9-da keçirilən iclasında qərar qəbul edilib.

Qərarla İnstitutun direktoru vəzifəsinin icrası müvəqqəti olaraq elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Elşad Əhmədova həvalə edilib.

Bundan başqa, Akademiya şəhərciyinin müdiri Bayram Babayev vəzifəsindən azad edilib. İqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov həmin vəzifəyə təyin olunub.


Etiketlər:  Elman Yusifov vəzifəsindən AZAD EDİLDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ