Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 22:48
Ötən ilin yekunlarına əsasən qlobal miqyasda Feysbuk sosial şəbəkəsinin bazar payı azalıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda "Global Stats" analitik şirkətinin məlumatında deyilir.
Məlumata görə, 2019-cu ilin dekabr ayında Feysbuk platformasının bazar payı 64,22 % olaraq qeydə alınıb ki, bu da ötən ilin noyabr ayına nisbətən 1,79% azdır.
Tvitter-də isə əksinə artım müşahidə olunur. Ötən ilin yekunlarına görə, sözügedən şəbəkənin dünya üzrə bazar payı 1,47% artaraq 12,96%-ə çatıb.
Eyni zamanda YouTube və İnstaqram şəbəkəsinin bazar payında da artım müşahidə olunur.