Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Barselona” rəsmiləri Xavi ilə görüşdü

“Barselona” rəsmiləri Xavi ilə görüşdü

Tarix: 10 Yanvar 2020 19:14

“Barselona” sabiq futbolçusu Xavini baş məşqçisi kimi kluba qaytara bilər.

Qol.az xəbər verir ki, bu haqda “Mundo Deportivo” nəşri məlumat yayıb. “Barselona”nın baş direktoru Oskar Qrau və idman direktoru Erik Abidalın bu gün Dohada 39 yaşlı mütəxəssislə görüşdüyü və bu məsələni müzakirə etdiyi bildirilib.

Qeyd edək ki, 1998-2015-ci illərdə “Barselona”da oynayan Xavi hazırda Qətərin “Əl-Sədd” klubunun baş məşqçisidir.

Bugünlər İspaniya mətbuat “Barselona”nın hazırkı baş məşqçisi Ernesto Valverdenin istefaya göndərilə biləcəyi yazır.

 


Etiketlər:  Barselona rəsmiləri Xavi ilə görüşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ