Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 20:21
Bakı. Trend:
Bakıda 165 saylı sərnişin avtobusunda üzərində odlu silahla hərəkət etdiyi iddiası ilə sosial şəbəkələrdə görüntüsü yayılan şəxsin kimliyi müəyyənləşdirilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Cinayət Axtarış İdarəsi aparılan araşdırmalar nəticəsində həmin şəxsin Binəqədi rayon sakini, 1983-cü il təvəllüdlü Ruslan Somov olması müəyyənləşdirib.
Baş idarəyə dəvət olunan R.Somovun üzərində daşıdığı əşyanın hər hanası odlu silah yox, balıqçı aləti olması subuta yetirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin