Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xavi “Barselona”nı çalışdıra bilər

Xavi “Barselona”nı çalışdıra bilər

Tarix: 10 Yanvar 2020 20:42

"Barselona" sabiq futbolçusu Xavini baş məşqçisi kimi kluba qaytara bilər.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu iddia ilə "Mundo Deportivo" nəşri çıxış edib. Məlumata görə, "Barselona"nın baş direktoru Oskar Qrau və idman direktoru Erik Abidalın bu gün Dohada 39 yaşlı mütəxəssislə görüşüb.

Qeyd edək ki, 1998-2015-ci illərdə "Barselona"da oynayan Xavi hazırda Qətərin "Əl-Sədd" klubunun baş məşqçisidir.

Bugünlər İspaniya mətbuat "Barselona"nın hazırkı baş məşqçisi Ernesto Valverdenin istefaya göndərilə biləcəyi yazır.


Etiketlər:  Xavi Barselonanı çalışdıra bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ