Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komadan ayılandan sonra istedadlı rəssama çevrildi

Komadan ayılandan sonra istedadlı rəssama çevrildi

Tarix: 10 Yanvar 2020 23:12

ABŞ-ın Vilminqton şəhərinin sakini Skott Mele avtomobilləri satmaqla məşğul olurdu. 2015-ci ildə Skott ağır yol qəzasına düşüb.

Xəstəxanada kişidə müxtəlif ağır travmalar və o cümlədən beyinin zədələnməsini aşkar ediblər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Mele yalnız 4 aydan sonra komadan ayılıb. Keçirilmiş beyin travması onda ağır depressiya və həyəcan pozuntusunun inkişafına səbəb olub.

Lakin Skottu digər surpriz də gözləyirdi. Uşaqlarla birlikdə dükana dəftərxana ləvazimatlarını almağa gedən kişi orada rəsm albomları və boyaları görəndə birdən rəsm çəkmək istədi. Skottun çəkdiyi rəsmlər onun özünü və yaxınlarını çox təəccübləndirib. Bu günə kimi heç vaxt rəsm çəkməyən və heç bir yaradıcılıq qabiliyyəti olmayan insan maraqlı və istedadlı tabloları çəkməyə başlayıb.

Tibdə bu fenomenə "savant sindromu" deyilir. Dünyada bu sindromu olan yalnız 33 insan var. Autizmdən əziyyət çəkən və ya ağır beyin travması keçirmiş bu insanlarda qəfildən qeyri-adi istedad aşkar olunur. Bu rəssamlıq, musiqi, riyaziyyat ola bilər ("Yağış adamı" filmini xatırlayırsınız?). Belə hesab olunur ki, bu insanların beynində "dahilik adası" olur və onların istedadı ağır travma və ya həyatda baş verən hər hansı hadisəyə cavab olaraq oyanır.

Hal hazırda Skott Mele öz tablolarını uğurla satır və çox istedadlı və perspektivli rəssam hesab olunur.

Milli.Az


Etiketlər:  Komadan ayılandan sonra istedadlı rəssama çevrildi


RƏYLƏR