Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp: İran ABŞ-ın 4 səfirliyinə hücum planlaşdırırdı

Tramp: İran ABŞ-ın 4 səfirliyinə hücum planlaşdırırdı

Tarix: 11 Yanvar 2020 02:28

Bakı. Trend:

General Qasım Süleymaniyə qarşı həyata keçirilən əməliyyat zamanı İran ABŞ-ın dörd səfirliyinə hücum planlaşdırırdı.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu "Fox News" telekanalına müsahibəsi zamanı ABŞ prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, İran genişmiqyaslı hücumlar planlaşdırırdı: "Açıqlaya bilərəm ki, mənim fikirimcə, ehtimallara görə, söhbət 4 səfirlikdən gedirdi".

Söhbətin hansı səfirliklərdən getdiyi barədə suala cavabında D.Tramp bildirib: "Biz sizə deyə bilərik ki, ehtimallara görə, bu, Bağdaddakı səfirlik olacaqdı".

ABŞ prezidenti digər səfirliklər barədə məlumat verməyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tramp İran ABŞ səfirliyinə hücum planlaşdırırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ