Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 18:16
"Totenhem"in baş məşqçisi Joze Mourinyo komandanın bu mövsümkü çıxışı haqda sənədli film hazırlayan "Amazon" şirkətindən şikayətlənib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis şirkətin kameralarının onu daim çəkdiyini söyləyib:
"Mən bu kameraları hər an görürəm. Paltardəyişmə otağına girərkən də qarşımdadırlar. Oyun bitməmiş dərhal çəkməyə başlayırlar. Bu operatorlar gündə 24 saat işləyirlər. Məni yalnız tualetə girəndə izləmirlər. Qalan bütün vaxtlarda yanımdadırlar. Matç günlərində şübhəsiz ki, kameralar diqqətimdən qaçmır. Ancaq məni narahat edir? Xeyr".