Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2020 08:02
Türkiyənin Qars şəhərində 9 yaşlı Sədanur Gözələ cinsi təcavüz etdikdən sonra qətlə yetirən cinayətkarlar haqqında hökm oxunub.
Sonxeber.net xəbər verir ki, cinayətdə iştirak etmiş 2 nəfər ağırlaşdırılmış ömürlük həbs cəzası verilib.
Qeyd edək ki, Sədanur Gözəl 16 sentyabr 2018-ci ildə yaşadığı Paslı kəndində yoxa çıxmışdı. 9 yaşlı qızın 7 gün sonra üzəri daşlarla örtülmüş vəziyyətdə cəsədi tapılmışdı.
İstintaq əməliyyatı nəticəsində onun cinsi istismara məruz qaldıqdan sonra öldürüldüyü məlum olmuşdu. Cinayətdə əli olan 3 nəfər - Ertan Bozkurt (37), Ahmet Bilen (34) və Himmet Uç (47) haqqında Ağır Cinayətlər Məhkəməsində iş açılmışdı.
Onlardan ikisinə qəsdən adamöldürmə maddəsi ilə ağırlaşdırılmış ömürlük, cinsi istismar maddəsi ilə 39, girovgötürmə maddəsi ilə isə 9 il həbs cəzası verilib. Biri isə azadlığa buraxılıb. (publika.az)