Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Boeing'' korporasiyası daha 5,4 milyon dollar məbləğində cərimələnə bilər

''Boeing'' korporasiyası daha 5,4 milyon dollar məbləğində cərimələnə bilər

Tarix: 12 Yanvar 2020 08:10

ABŞ Mülki Aviasiyası Federal İdarəsi (FAA) "Boeing" korporasiyasını daha 5,4 milyon dollar məbləğində cərimələmək təklifini irəli sürüb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, FAA bu cəriməni yoxlama zamanı korporasiyanın 178 ədəd "737 MAX" təyyarəsində aşağı keyfiyyətli hissələrin quraşdırılmasının aşkarlandığına görə təklif edib. Şirkət sözügedən təyyarələri sertifikatlaşdırmaya hazır kimi təqdim etmişdi.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında İndoneziyada "Lion Air" aviaşirkətinə, 2019-cu ilin martında isə "Ethiopian Air" aviaşirkətinə məxsus təyyarələrin qəzaya uğramasından sonra ABŞ-da və bir çox ölkələrdə "Boeing"in "737 MAX" modelindən olan təyyarələrin uçuşları dayandırılıb.


Etiketlər:  Boeing korporasiyası daha milyon dollar məbləğində cərimələnə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ