Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milyarderdən ŞOK YARIŞMA: 9 milyard dollar...

Milyarderdən ŞOK YARIŞMA: 9 milyard dollar...

Tarix: 12 Yanvar 2020 08:42

Yaponiyalı milyarder Yusaku Maezava dünyada gündəm yaradan qərar verib.

Sonxeber.net xəbər verir ki, milyarder pulun insanları xoşbəxt edib-etmədiyini yoxlamaq üçün sosial sınaq keçirib.

O, tvitter hesabındakı min izləyicisinə 9 milyard dollardan çox pul paylayacaq.

Yarışma artıq 7 yanvarda bitib. Lakin mükafatlar hələ təqdim olunmayıb. Yarışın yeganə şərti isə milyarderin tvitini retvit etmək və pulu aldıqdan sonra hislərini ifadə edən video çəkmək olub. Sosial sınağa 4 milyondan çox insan qatılıb. Qaliblərin 2-3 gün ərzində açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Yusaku Maezava tez-tez belə yarışlar keçirir. O, 2017-ci ildə 1 ədəd Yan-Maykl Baskuit rəsminə 111 milyon dollar verməsilə gündəmə gəlmişdi. (publika.az)


Etiketlər:  Milyarderdən ŞOK YARIŞMA milyard dollar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ