Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur müğənni uşaqlarının atasına ərə getməkdən qorxur - FOTO

Məşhur müğənni uşaqlarının atasına ərə getməkdən qorxur - FOTO

Tarix: 13 Yanvar 2020 10:12

Məşhur müğənni Şakira şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Milli.Az fanat.az-a istinadənxəbər verir ki, kolumbiyalı sənətçi "60 Minutes"a müsahibəsində "Barselona"nın futbolçusu Cerard Pikeyə ərə getmək istəməməsinin səbəblərini açıqlayıb. 

Şakira bildirib ki, "arvad" statusu daşımaqdan qorxur: "Mən istəmirəm ki, o, mənə arvadı gözü ilə baxsın. Qoy məndə öz rəfiqəsini, sevgilisini görsün. Mən onu barmaqlarımın ucunda saxlamaq istəyirəm. O başa düşməlidir ki, hər bir şey onun hərəkətlərindən asılıdı".

Qeyd edək ki, 42 yaşlı Şakira və 32 yaşlı Pike 10 ildir ki bir yerdə yaşayır. Cütlüyün iki uşağı var - 6 yaşlı Milana və 4 yaşlı Saşa.

Milli.Az


Etiketlər:  Məşhur müğənni uşaqlarının atasına ərə getməkdən qorxur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ