Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2020 11:42
Bakı. Trend:
“Buta Airways” aviaşirkətinin ləngimiş reysi saat 10:45-də uçub.
Bunu Trend-ə aviaşirkətin mətbuat xidmətindən bildiriblər.
Məlumatda qeyd olunur ki, Bakı-Lvov marşrutu üzrə uçmalı olan təyyarə yenisi ilə əvəz edilib və reys baş tutub.
Xatırladaq ki, səhər saatlarında “Embraer 190” təyyarəsi texniki səbəblərlə əlaqədar havaya qalxa bilməyib. Nasazlığın aradan qaldırılması cəhdləri heç bir nəticə verməyib və sərnişinləri digər təyyarə ilə təmin etmək qərarı alınıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin