Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toyda havaya açılan atəş bəyi ağır yaraladı

Toyda havaya açılan atəş bəyi ağır yaraladı

Tarix: 13 Yanvar 2020 18:46

Türkiyənin Şanlıurfa şəhərində toyu olan gənc yaralanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bilecik rayonunda 25 yaşlı bəy Mehmet Yılmaz toyunda yallı oynayarkən güllə ilə vurulub.

Açıq havada keçirilən toy zamanı havaya atılan güllələrdən biri onun başına dəyib.

Xəstəxanaya çatdırılan gəncin vəziyyəti ağır qiymətləndirilir.

Bəyin yaralanmasına görə toy təxirə salınıb.

Hüquq-mühafizə orqanları hadisəni törədən şəxsin kimliyini müəyyən edib, axtarışına başlayıblar.

Milli.Az


Etiketlər:  Toyda havaya açılan atəş bəyi ağır yaraladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ