Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2020 21:04
Avstraliyada köpək balıqları 21 yaşlı futbolçu Erik Briqqiti parçalayıb.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, yanvarın 2-də uçurumdan yıxılan gəncin qalıqları təsadüfən aşkar edilib. Belə ki, xilasedicilər itkin düşmüş 57 yaşlı avstraliyalı Qeri Consonu axtararkən onu yox, başqa bir cəsəd tapıblar. Mərhumun 21 yaşlı Briqqit olduğunu müəyyən edilib.
Qeyd olunur ki, yanvarın 2-də dostları ilə bərabər "Twilight Beach" çimərliyi boyunca gəzən futbolçu qayadan yıxılıb. Conson isə hələ tapılmayıb.