Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Güclü qar Gürcüstanda ciddi problemlər yaradıb

Güclü qar Gürcüstanda ciddi problemlər yaradıb

Tarix: 13 Yanvar 2020 23:12

Güclü qar və əlverişsiz hava şəraiti Gürcüstanda ciddi problemlər yaradıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, güclü qar Acarıstanda dağlıq ərazilərdə avtomobillərin hərəkətində məhdudiyyətlər yaradıb. Bəzi yaşayış massivləri ilə əlaqə kəsilib.

Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətinin məlumatında deyilir ki, "Qoderdzi" dağ-kurort kompleksi yaxınlığında xarici turistləri aparan maşın qarda bataraq qalıb. Əraziyə xilasedicilər cəlb olunublar.

Gürcüstanın müvafiq qurumları güclü qar və əlverişsiz hava şəraiti və Qara dənizdə gözlənilən qasırğa ilə bağlı xəbərdarlıq yayıb.

İnsanları xüsusilə diqqətli olmağa dəvət edən qurumlar bildirirlər ki, dağlıq və dağətəyi ərazilərdə qar uçqunu, torpaq sürüşməsi ehtimalı var.

Kəskin hava şəraitinin hələ bir neçə gün davam edəcəyi bildirilir.

Milli.Az


Etiketlər:  Güclü qar Gürcüstanda ciddi problemlər yaradıb


RƏYLƏR