Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hansı smartfon ən yaxşı stereo dinamiklərə malikdir? Gözüyumulu cavab verildi?

Hansı smartfon ən yaxşı stereo dinamiklərə malikdir? Gözüyumulu cavab verildi?

Tarix: 14 Yanvar 2020 08:12

Təəssüf ki, hələ də smartfonlarda stereo dinamiklərə çox nadir hallarda rast gəlinir. Hətta əsl flaqman smartfonlarının çoxu bu xüsusiyyətlə öyünə bilməz.

Bəs hansı smartfon ən yaxşı stereo dinamiklərə malikdir? Bu suala mənbənin mütəxəssisləri 15 nəfər arasında altı aktual flaqmanın kor-koranə müqayisəsi zamanı cavab verməyə çalışıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki,  iştirakçılar qarşılarında hansı smartfonun olduğunu bilmədən gözləri qapalı halda cihazları dinləyiblər. Test üçün 10 mahnı seçilib.

Smartfonlara gəldikdə, iPhone 11 Pro Max, Samsung Galaxy Note 10+, OnePlus 7T Pro, LG G8X, Google Pixel 4 XL və Asus ROG Phone II "ən yaxşı" adı uğrunda mübarizə aparıblar. Nəzərə alsaq ki, sonuncu oyun smartfonudur, LG-nin flaqmanı isə az tələb olunandır, bu halda qalan dörd cihazın rəqabətinin daha çox maraq doğurduğunu demək olar.

"Ən yaxşı" adını birmənalı olaraq Google-un, ən pis adını isə LG-nin flaqmanı qazanıb. Qalan dörd model isə müqayisə edənlərin fikrincə oxşardır.  

Milli.Az


Etiketlər:  Hansı smartfon yaxşı stereo dinamiklərə malikdir Gözüyumulu cavab verildi


RƏYLƏR