Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 18:22
Suriyanın hökumət qüvvələri İdlib əyalətində atəşkəsi pozmağa cəhd edərsə, Türkiyə birtərəfli qaydada buna cavab verməyə hazırdır.
Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
Ərdoğanın sözlərinə görə, siyasi prosesə mane olan rejimin (Bəşər Əsəd) qan tökülməsinə səbəb olan hərəkətlərdən imtina etməsini təmin etmək hər kəsin borcudur:
"Lazım gələrsə, rejimin İdlibdəki atəşkəsi pozma cəhdlərinə qətiyyətlə cavab verməyə hazırıq".
Bununla yanaşı, o, Ankara və Moskvanın son günlər intensiv danışıqlar apardığını, bunun nəticəsində İdlibdə barışıq barədə razılığa gəldiklərini vurğulayıb.