Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 00:24
Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə prezidenti Donald Trampın impiçmentinin iki maddəsinin Senata verilməsinin lehinə səs verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, iki maddənin Senata verilməsinin lehinə Palatanın 228 üzvü, əlehinə isə 193 üzvü səs verib.
Səsvermə formal olaraq Palatanın spikeri Nensi Pelosi tərəfindən irəli sürülən və Senatda ittihamı təmsil edəcək yeddi üzvün namizədliyini təsdiq edib. D.Trampın impiçment prosesində ittihamçı qrupa Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri, demokrat Adam Şiff rəhbərlik edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin