Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 16:46
16:43
Rusiya Dövlət Duması Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustini ölkənin baş naziri vəzifəsinə təsdiqləyib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, 383 deputat onun lehinə səs verib. 41 nəfər bitərəf qalıb. Əleyhinə səs verən olmayıb.
Qeyd edək ki, ötən gün Dmitri Medvedev prezidentin Federal Şuraya müraciətindən sonra hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb.
Prezident Vladimir Putin isə Mixail Mişustin ilə işgüzar görüş keçirib və ona hökumətin sədri vəzifəsini təklif edib.
07:25
Rusiya Prezidenti Vladimir Putin Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustini baş nazir təyin etməyi təklif edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: "Prezident Vladimir Putin Mixail Mişustin ilə işgüzar görüş keçirib və ona hökumətin sədri vəzifəsini təklif edib. Razılıq aldıqdan sonra o, M.Mişustinin baş nazir vəzifəsinə namizədliyini Dövlət Dumasının müzakirəsinə təqdim edib".
Qeyd edilir ki, Dövlət Duması Mixail Mişustinin baş nazir vəzifəsində namizədliyini yanvarın 16-sı müzakirə edəcək.