Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəngin şüa terapiyası üçün yeni aparat həftəlik kursu 1 saniyə ərzində keçməyə imkan verir

Xərçəngin şüa terapiyası üçün yeni aparat həftəlik kursu 1 saniyə ərzində keçməyə imkan verir

Tarix: 16 Yanvar 2020 08:16

Alimlər tərəfindən xərçəngin şüa terapiyası üçün hazırlanmış qurğu pasiyentə həftəlik kursu 1 saniyə ərzində keçməyə imkan verir. Sınaqlar nəticəsində məlum olub ki, xəstənin 1 saniyə ərzində qəbul etdiyi həftəlik radiasiya dozası da xərçəng hüceyrələrini effektiv şəkildə məhv edir, amma sağlamlığa daha az zərər vurur. Yeni qurğunun təsviri "International Journal of Radiation Oncology, Biology, and Physics" jurnalında dərc edilib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, hazırda şüa terapiyası xərçəngin bəzi növləri ilə mübarizədə ən effektiv metodlardan biridir. Ancaq bu metod mükəmməl deyil, çoxlu sayda xərçəng hüceyrələrinin məhv edilməsi üçün pasiyent 7 gündən bir neçə həftəyədək davam edən radiasiya terapiya kursu keçməli olur.

Terapiya zamanı xəstə radiasiya şüalanmasına məruz qalır ki, bu da yalnız xərçəng hüceyrələrini məhv etmir, həm də sağlam hüceyrələr zərərə məruz qalır. Beləliklə, xərçəng hüceyrələri məhv edilsə də, pasiyentin sağlamlığında başqa problemlər yarana bilər.

Pensilvaniya Universitetinin alimləri bu problemin mümkün həllini axtarıb tapıblar: onlar tərəfindən hazırlanmış "FLASH" adlı qurğu pasiyentə 1 saniyə ərzində həftəlik radiasiya dozasını verir.

Mədəaltı vəzi xərçəngindən əziyyət çəkən siçanlar üzərində keçirilmiş sınaqlar zamanı məlum olub ki, yeni metod həftəlik kimyaterapiya kursu kimi effektivdir. Bu halda "FLASH" terapiya sağlam hüceyrələrin məhvini azaldıb və şüa terapiyasının əlavə təsiri olan bağırsaq fibrozuna səbəb olmayıb.


Etiketlər:  Xərçəngin şüa terapiyası üçün yeni aparat həftəlik kursu saniyə ərzində keçməyə imkan verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ