Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Gömrük Hospitalı müəllimlər üçün ''İlk tibbi yardım'' təlimi keçirib

Mərkəzi Gömrük Hospitalı müəllimlər üçün ''İlk tibbi yardım'' təlimi keçirib

Tarix: 16 Yanvar 2020 15:51

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının “Xeyirxah Platforması” təşkilatı ilə əməkdaşlığı çərçivəsində 16 yanvar 2020-ci il tarixində “Sağlam gələcəyə zəmanət” devizi altında Bakı şəhərində yerləşən 328 nömrəli orta məktəbin müəllimləri üçün "İlk tibbi yardım" təlimi keçirilib.

Mərkəzi Gömrük Hospitlalından Trend-ə verilən məlumata görə, tədbirdə hospitalın Təcili Tibbi Yardım şöbəsinin rəisi Dr. Rəna Qasımova, təcili yardım həkimi Racu Nəbiyev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, “Xeyirxah Platforması” təşkilatının təsisçisi Çingiz Səfərov və 328 nömrəli orta məktəbin müəllimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Təcili Tibbi Yardım şöbəsinin rəisi Dr. Rəna Qasımova bildirib ki, müəllimlərin ilk tibbi yardım göstərilməsinə dair əldə edəcəkləri faydalı məlumatlar və praktik biliklər gələcəkdə onlara qarşılaşdıqları hadisələr zamanı zərərçəkənlərə yardımçı olmaqda kömək edəcək. Tədbirdə çıxış edən “Xeyirxah Platforması” təşkilatının təsisçisi Çingiz Səfərov təlimin təşkilində əməyi keçən Mərkəzi Gömrük Hospitalının rəhbərliyinə təşəkkür edib və təlim iştirakçılarına uğurlar arzulayıb.

Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin həkimi Racu Nəbiyev ilk tibbi yardım, böyüklərə və uşaqlara ilk tibbi yardımın göstərilməsi üsulları haqqında ətraflı məlumat verib. İnteraktiv keçən təlimin sonunda müəllimlər biliklərini təcrübədə tətbiq edib və Dr. Racu Nəbiyev onların suallarını ətraflı cavablandırıb.

Qeyd edək ki, “Xeyirxah Platforması” təşkilatı ilə əməkdaşlıq çərçivəsində Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı təcili yardım həkimləri tərəfindən Bakı şəhərində yerləşən 10-a yaxın orta məktəbin müəllimləri üçün "İlk tibbi yardım" təliminin keçirilməsi nəzərdə tutulub.Təlimlərin keçirilməsində məqsəd məktəb müəllimlərinə bədbəxt hadisələr zamanı həkimə qədər necə yardım edilməsini göstərmək, onların bu sahədəki bilik və bacarıqlarını artırmaqdır.

Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsinin peşəkar, təcrübəli, xarici ölkələrdə təlim kursları keçmiş həkim heyəti xəstələrə keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir, ehtiyac varsa, Hospitalın ambulansı tibbi təxliyyəni təmin edir, monitorinq və reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirir. 7/24 saat ərzində əhalinin xidmətində olan Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi ilə 905 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mərkəzi Gömrük Hospitalı müəllimlər üçün İlk tibbi yardım təlimi keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ