Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 09:24
Bakı. Trend:
Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib.
Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, evin bir otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 25 m² sahədə, digər otağının tavanı 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin