Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MSK bəzi namizədləri qeydə almadı - SƏBƏB

MSK bəzi namizədləri qeydə almadı - SƏBƏB

Tarix: 17 Yanvar 2020 15:42

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında bir sıra namizədlərin müraciətinə baxıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, iclasda namizədlərin əmlakları barədə düzgün məlumat göstərmədiklərinə görə qeydə alınmadıqları bildirilib. Həmin müraciətlər MSK iclasında müzakirə edilərək namizədlərin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyalarının qərarı qüvvədə saxlanılıb.

MSK sədri M.Pənahov isə bildirib ki, əmlakı barədə düzgün məlumat göstərmyən namizədə kömək etmək mümkün deyil: "Əmlakla bağlı məsələ haqqında namizəd özü məlumat verməlidir. Biz istəsək də əmlakla bağlı məsələni nəzərə ala bilmirik".

M.Pənahov bildirib ki, bütün namizədlər əmlak və gəlirlərini açıqlamalıdır, bu, Seçki Məcəlləsinin tələbidir: "Digər düzəlməsi mümkün olan məsələlərlə bağlı MSK çalışır ki, onları namizədin xeyrinə həll etsin. Biz açıq qanun pozuntusu istisna olmaq şərtilə çalışırıq ki, namizədin xeyrinə qərar qəbul edək".


Etiketlər:  bəzi namizədləri qeydə almadı SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ