Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MSK DSK-nın qərarını ləğv edib

MSK DSK-nın qərarını ləğv edib

Tarix: 17 Yanvar 2020 16:09

Mərkəzi Seçki Komissiyası (MSK) deputatlığa namizədin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyasının (DSK) qərarını ləğv edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, MSK-nın bu gün keçirilən iclasında 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizədliyini irəli sürmüş Müsavat partiyasının üzvü Nəsirov Niyaz Eynulla oğlunun müraciətinə baxılıb.

Bildirilib ki, namizəd sənədləri DSK-ya vaxtında təqdim edib və onun namizədliyinin qeydə alınmaması üçün heç bir əsas yoxdur, sadəcə, DSK namizədin qeydə alınmaması ilə bağlı qərarı namizədə verməyib. Bunu onunla əsaslandırıb ki, iş qrafiki gərgin olub və namizədi qeydə ala bilməyib.

Daha sonra DSK-nın qərarı ləğv edilib və Nəsirov Niyaz Eynulla oğlunun namizədliyi qeydə alınıb.


Etiketlər:  nın qərarını ləğv edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ