Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 08:54
"İlk hissədə istədiyimiz oyunu görə bilməsək də, fasilədən sonra komanda pis təsir bağışlamadı".
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Almaniya klubu "Zvikau" ilə keçirilən yoxlama görüşünü dəyərləndirərkən deyib.
3-cü liqa təmsilçisinə 1:4 hesablı məğlubiyyətə baxmayaraq, çalışdırıcı komandasından narazı qalmayıb: "Bəzi futbolçularımız bizə yalnız burada qoşuldular və onların fiziki durumunun nə yerdə olduğunu bilmək istəyirdik. Məğlub olsaq da, komanda pis təsir bağışlamadıq. Demək olar ki, bütün qolları standart vəziyyətlərdən sonra buraxdıq. Səhvlərin üzərində işləməliyik və Premyer Liqanın ikinci yarısının ilk qarşılaşmasına tam hazır olmalıyıq".
Qeyd edək ki, "Keşlə" Antalya toplanışı çərçivəsində yanvarın 22-də "Arsenal" (Rusiya), 24-də isə "Zemplin"lə (Slovakiya) yoxlama görüşü keçirəcək.