Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2019 17:12
Bakı. Ləman Zeynalova - Trend:
Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Avropa Şurasının nazirlər görüşündə iştirak edəcək.
Bunu Trendə XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib.
Görüş mayın 16-17-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək.
Görüşün yekununda Finlandiya Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi Fransaya təhvil verəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin