Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

6-15 aylıq körpələr üçün səhər yeməyində nələr olmalıdır? - SİYAHI

6-15 aylıq körpələr üçün səhər yeməyində nələr olmalıdır? -  SİYAHI

Tarix: 18 Yanvar 2020 19:12

Körpələr ilk 6 ay ana südü ilə bəslənir. Altıncı ayın sonunda həkimlərin nəzarəti ilə əlavə qidalara da keçilir. Öncəliklə kiçik ölçüdə əlavə qidalar verilsə də, zaman keçdikcə artıq səhər yeməyinə tam keçid edilə bilər.

Amma körpənin hansı ayda olmasından asılı olaraq səhər yeməyi növləri də dəyişir. Bəs doyumlu səhər yeməyi nələrdən ibarət olmalıdır?
Sonxeber.net medicina.az-a istinadən bu dəfə sizə 6-15 aylıq körpələrin səhər yeməyi reseptlərini təqdim edir:

Doyumlu bir səhər yeməyi ideal qidalanma hesab olunur. Lakin analar unutmamalıdır ki, uşaqları məcbur yedizdirmək olmaz. Onlar acdığı zaman özləri yemək istəyəcəklər. Əlavə qidalara keçid edən zaman,Xüsusilə, köp əmələ gətirən qidalardan uzaq durmaq lazımdır. Çünki belə qidalar həzmsizlik və qarın ağrısına səbəb olur. Bu isə özü ilə bərabər həm yuxusuzluq, həm də narahatlığ gətirir.

6-15 aylıq körpələr üçün sadə hazırlanan qida əlavələri

Yarım banan

1 çay qaşığı bəkməz

1 yemək qaşığı ana südü

1 çay qaşığı pendir

Banan və pendir əzilir. İçərisinə bəkməz və ana südü əlavə edilir.

Qatıqlı meyvə püresi

Yarım armud

Yarım banan

4 yemək qaşığı ev qatığı

Banan əzilir.Armudun qabığı soyulur və əzilir. Daha sonra qatığın içinə

Meyvəli yulaf

1 ədəd alma və armud

2 ədəd qaysı

15 qram yulaf əzməsi

4 yemək qaşığı su və ya süd

Meyvələr soyulub rəndələnir.Biraz su əlavə edib qarışdırın. Qazanda su yaxud da süd ilə yulaf əzməsini 3 dəqiqəyə qədər bişirin. Sonra qarışdırın

6-15 aylıq körpələr üçün tam səhər yeməyi

- Tam bişmiş yumurta sarısı,ana südü, yarım banan, bir çay qaşığı pendir, bir çay qaşığı kərə yağı,bir çay qaşığı qoz əzməsi. Bütün bunları püre halına gətirib qarışdırın.

- Bəkməz,uşaq üçün biskvit, yumurta sarısı, pendir. Hamısı qarışdırılıb püre halına gətirilir. Həm doyumlu,həm də qida dəyəri yüksək bir reseptdir.

- Duzsuz pendir, iki ədəd pomidor, çörəyin iç hissəsi, bir çay qaşığı kərə yağı. Püre halına salıb qarışdırılır.


Etiketlər:  aylıq körpələr üçün səhər yeməyində nələr olmalıdır SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ