Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 21:52
İranın cənub- şərqindəki Sistan-Bəluçistan əyalətində davam edən sel nəticəsində 3 nəfər həlak olub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, sel fəlakəti 9 yanvardan etibarən davam edir. Fəlakət nəticəsində 400 kənd su altında qalıb.
20 mindən artıq ev sel nəticəsində yararsız hala düşüb. İnsanlar 7 gündür ki, evlərindən kənarda yaşayırlar.
Bölgədə yollar bağlı olduğundan helikopterlər vasitəsilə insanlara yardımlar aparılır.