Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 22:15
İrqindən, yaşından, cinsindən asılı olmayaraq, saç tökülməsinə hər kəsdə rast gəlinir. Saç tökülməsi mövsümi olaraq arta bilər. Amma hər mövsümdə rast gəlinən saç tökülməsi şikayətklərinin etiologiyasında duran faktorlar major və minor olaraq öz yerini tutur.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu dermatoveneroloq, uzman həkim Firayya Məmmədova deyib.
F. Məmmədova bildirib ki, saç tökülməsi ən çox kişilərdə oryaya çıxan haldır: "Amma qadınlarda da tez-tez rast gəlinən andro genetik saç tökülməsi, daha çox qadınlarda görülən diffuz tip saç tökülməsi, uşaqlarda daha sıx olmaqla gördüyümüz alopesi areata, yəni ocaqlı saç tökülməsi, tamamilə bədəndə olan tüklərin tökülməsi ilə gedən tipləri var.
Pasiyentin mütəxəssis dermatoloq tərəfindən aparılan saç dibi və saç tellərinin müayinəsindən sonra saç tökülməsinin növündən, onun yaşından, cinsindən, sosial mövqeyindən, yanaşı gedən xəstəliklərindən, asılı olaraq onun üçün ən doğru olan müalicə yolu seçilir.
Uzun müddətli bir müalicə və səbr lazım olan bu yolda doktor-pasiyent dialoqu çox önəmlidir. Nəticələr isə pasiyentin müalicəni dəqiq yerinə yetirməsi sayəsində çox ürəkaçan olur".