Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampın Rusiya üzrə məsləhətçisi işdən kənarlaşdırıldı

Trampın Rusiya üzrə məsləhətçisi işdən kənarlaşdırıldı

Tarix: 19 Yanvar 2020 12:10

ABŞ Prezidenti Donald Trampın Rusiya üzrə məsləhətçilərindən biri Endryi Pik vəzifəsindən kənarlaşdırılıb.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu barədə mənbələrinə istinadən "Axios" nəşri məlumat yayıb.

Bildirilir ki, bu, "təhlükəsizlik məsələləri üzrə" onunla əlaqədar araşdırmanın aparılması ilə bağlıdır. Başqa təfərrüatlar açıqlanmır.

Ağ Ev və Pik isə məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

Qeyd edək ki, Endryi Pik gələn həftə Davosda keçiriləcək Ümumdünya İqtisadi Forumunda Trampı müşayiət etməli idi.


Etiketlər:  Trampın Rusiya üzrə məsləhətçisi işdən kənarlaşdırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ