Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2020 15:22
"Mançester Yunayted"in futbolçusu Markus Reşford İngiltərə Premyer Liqasının 23-cü turunda "Liverpul"la oyunu buraxacaq.
Qol.az "The Telegraph"a istinadən xəbər verir ki, buna səbəb 22 yaşlı hücumçunun zədəsini tam sağaltmamasıdır. Onun gözlənildiyindən daha uzun müddət yaşıl meydanlardan kənarda qalacağı ehtimalı var.
Qeyd edək ki, M.Reşford bu mövsüm Premyer Liqada 22 oyuna çıxaraq 14 qol vurub və 5 qolun ötürməsini verib.
Xatırladaq ki, "Liverpul" - "Mançester Yunayted" görüşü bu gün Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.