Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2020 23:48
Honda tamamilə pilotsuz avtomobillərin satışına başlayacaq.The Japan Times nəşrinin yazdığına görə, buraxılan avtomobillər ilə tıxac zamanı və aşağı sürət limiti olan yollarda avtopilot rejimdə hərəkət edə biləcəklər.
Honda avtomobil istehsalçısı bu il üçüncü səviyyəli avtomatlaşdırma ilə, pilotsuz avtomobillər satmağa başlayan ilk yapon istehsalçısı olmağa hazırlaşır.
Sonxeber.net facemark.az-a istinadən bildirir ki, gözlənilən odur ki, belə avtomobillərin istehsalına 2020-ci ilin yay ayının ortalarından başlanılacaq.
Bildirilir ki, pilotsuz texnologiyaların üçüncü səviyyəsi sükan arxasında sürücünün olmasını tələb edir, amma vacib anlarda idarəni öz nəzarətinə götürə bilir.
Lakin aşağı hərəkət limiti olan yollarda qəza riski də az olduğu üçün idarəetməni pilot rejimə qoymaqla, öz işlərini həll edə, hətta internetdə sörf belə etmək olar. Hazırda isə Yaponiyanın küçələrində pilotsuz avtomobil texnologiyalarının üçüncü səviyyəsi ilə Almaniyanın Volkswagen Group-a daxil olan, Audi markasında görmək olar.
Qeyd edək ki, tamamilə pilotsuz nəqliyyat vasitələri bu cür texnologiyaların beşinci nəslində dəstəklənir. Belə bir texnika isə hazırda, təkcə layihədə mövcuddur.
Xatırladaq ki, belə avtomobillərdə sükan olmayacaq, bütün sərnişinlər isə avtomobilin arxa oturacağında əyləşəcəklər.