Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 14:32
"Sabah"ın sabiq futbolçusu, hazırda Belarusun "Qomel" klubunda çıxış edənVitali Kvaşyuk "sportarena.com" saytına geniş müsahibə verib. Qol.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi müsahibə zamanı Azərbaycandakı karyerası haqda da danışıb.
Müsahibəni ixtisarla təqdim edirik.
- Azərbaycan Premyer Liqasında Marko Deviçlə birgə "Sabah"da oynadım. Sanki daha da böyük bir psixoloji çuxura düşdüm. Ancaq bunun öhdəsindən gəlməyimə kömək edən həyatıma yenidən başladan insanlar tapdım. Bu, sırf psixoloji durum idi, fövqəladə bir şey yox idi. Messi kimi rəqib komandanın yarısını aldadıb qol vurduğum hal olmadı. Sadəcə, özünəinam yarandı və bu, dönüş nöqtəsi oldu.
- Azərbaycana necə getdiniz?
- Menecer zəng etdi və Azərbaycandan mənimlə maraqlandıqlarını dedi. Baş məşqçi və klubun prezidenti də zəng vurdular, danışdılar, hardasa nəyisə başa düşmədik. Amma getdim və müqavilə imzaladım.
- Azərbaycan çempionatında 8 komanda 4 dövrədə çıxış edir...
- Mən orada həqiqətən kef edirdim. İnfrastruktur, üst səviyyəli otellər, bir sözlə, gözəl şərait, futbola düzgün yanaşma var idi. Bakı sadəcə çox gözəl şəhərdir. Sükan arxasında sürətlə sürməyi sevirəm və bu şəhər mənim üçün yaxşıdır. Bu baxımdan, özümü burada suda balıq kimi hiss edirdim.
- Çempionatdakı 8 komandadan 5-i Bakını təmsil edir. Bu, futbolu məşhurlaşdırmaq dəhşətlidir?
- Mənim üçün əla idi (gülür). Böyük Ukraynadan sonra cənubdan qərbə gedəndə hamısı əladır. Çempionatın böyüməsi üçün pul lazımdır. Özəl klublar yaxşı işləyir, qalanları da belə də.
- Həyatınızın bu mərhələsindən razı idiniz?
- İlk matçımda hücumameyilli yarımmüdafiəçi mövqeyində oynadım və yaxşı oynadım. Dərhal "Azərbaycan çempiopnatının açılışı" deməyə başladım. Lakin sonradan əksinə oyunum uğursuz alındı və baş məşqçi ilə dialoqum başladı. O, mənə səhvlərimi göstərdi. Biz uduzduq, baş məşqçi mənə çox top itkisinə yol verdiyimi söylədi. Mən ağıllı oğlanam və dərhal buna son qoyaraq, harada ötürmə verməli və topu özümdə saxlamalı olduğumu anladım. Növbəti oyunda bütün bunlar reallaşdı və biz 2:0 hesabı ilə qalib gəldik. Sonra baş məşçqçi (Elşad Əhmədovu nəzərdə tutur- red.) mənə yaxınlaşdı və dedi: "Mən sənə dedim axı müdafiəçiləri keçməyə çalış". Mən də ona cavab olaraq "Siz mənə dediniz ki, topu itirməyim, amma təkbətək mübarizədə rəqibi keçmək potensial top itkisidir" - deyə cavab verdim. Ancaq baş məşqçi yenə də "Mən sənə dedim, qışqırırdım ki, müdafiəçiləri keç" söylədi.
- Sonra necə oldu?
- Mübahisə etməyə başladıq, ancaq mən onu anlaya bilmirdim. Həm komanda, həm də mən istər statistika, istərsə də keçilən məsafə baxımından yaxşı oynadıq. Onlarla mübahisədə and içmək daha baha başa gəlir. Qan isti olur və bunun mənası da yoxdur. Dəmək olar ki, hər oyundan sonra belə məqamlar olur. Davamlı təzyiq olduğu üçün psixoloji çuxura düşdüm və vəziyyətdən çıxa bilmədim. Sonra düşündüm ki, məni bura niyə gətiriblər? Düzdür, mənim hücumda fərdi keyfiyyətlərimə görə komandaya çağırıblar və mən bunu müvəffəqiyyətlə həyata keçirə bilərəm. Lakin mən öz keyfiyyətlərimi göstərə bilmədim, çünki baş məşqçi bunun əksini danışıdı. Çalışmaların birində baş məşqçi mənimlə çirkin davrandı, mən də cavabını verdim. Ona baş əyməyəcəyimi bildirdim.Nəticədə rəhbərliklə görüşdüm və qərara gəldik ki, komandanı dəyişmək daha yaxşıdır.
- "Sabah"ın prezidenti Marko Deviçin transferi ilə bağlı sizinlə məsləhətləşdimi?
- Bəli. Mən bunu gözləmirdim. Klub prezident bizimlə birlikdə təlim-məşq toplanışına getdi. Mənə tərəf gəldi və bu sualı verdi: "Vitali, nə düşünürsən, Marko Deviç bizim komandaya gələcəkmi? Onunla danışmaq istəyirik". Mən isə "Bu şəraitə görə gəlməyəcək, heç bir şans yoxdur" deyə cavablandırdım. Klub prezidenti çalışacağını söylədi və Markonu birtəhər razı saldı. Deviç gələndə təəccübləndim.
- Müsəlmanlar arasında necə yaşadınız? Qeyri-adi məqamlar oldu?
- Var idi. Çimərkən alt paltarı ilə yuyunmağı xahiş etdilər. Tamamilə çılpaq olmaq mümkün deyil. Kapitan hər şeyi izah etdi və mən heç bir problem olmadan razılaşdım. Komandadakıların bir çoxu 3-4 dəfə müsəlmanlara aid dualar oxuyurdu