Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran elektrik motosikletlər istehsal edəcək

İran elektrik motosikletlər istehsal edəcək

Tarix: 21 Yanvar 2020 20:32

Martın sonuna kimi İranda elektrik motosikletlərlə bağlı layihə icra olunacaq.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İranın energetika naziri Rza Ərdəkanian Həmədanda jurnalistlərə açıqlamasında deyib.

R.Ərdəkanianın sözlərinə görə, bu layihə ətraf mühitin çirklənməsini azaldacaq.

O, əlavə edib ki, istehsalçı şirkətlərlə əməkdaşlıq üzrə layihə hazırlanıb və Energetika Nazirliyi bu cür motosikletlərə elektrikin verilməsi üçün stansiyalar yaradacaq.

Qeyd edək ki, İranda təxminən 12 milyon ədəd motosiklet var. Onun 2 milyona yaxını Tehrandadır. İran hökuməti Tehranda hava çirkliliyinin azaldılması ilə əlaqədar bir sıra layihələri nəzərdən keçirir.


Etiketlər:  İran elektrik motosikletlər istehsal edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ