Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çiçarito ABŞ klubunda

Çiçarito ABŞ klubunda

Tarix: 21 Yanvar 2020 20:34

"Sevilya"nın hücumçusu Xavyer Ernandes karyerasını ABŞ-da davam etdirəcək.

Qol.az xəbər verir ki, “Los-Anceles Qalaksi 31 yaşlı forvardla müqavilə bağlayıb. MLS təmsilçisinin rəsmi saytı transferi açıqlasa da, müqavilə müddəti və şərtləri haqda məlumat verilməyib. İspaniya mətbuatı bu transfer üçün ABŞ klubunun "Sevilya"ya 7 milyon avro ödədiyini yazıb.

Qeyd edək ki, "Sevilya" meksikalı hücumçunu ötən yay "Vest Hem"dən 8 milyon avroya transfer emişdi. Çiçarito ləqəbli futbolçu "Mançester Yunayted", "Real", "Bayer", "Vest Hem" kimi klublarda da oynayıb.

 


Etiketlər:  Çiçarito ABŞ klubunda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ