Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 16:12
Kaliforniya İnstitutunun alimləri saniyədə trilyon kadr çəkmək imkanına malik olan çox sürəli kamera təqdim ediblər. Bu kamera şəffaf obyektləri, zərbə dalğalarını və ya neyronlardan keçən siqnalları qeydə ala bilər.
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, Kaliforniya İnstitutunun professoru Lihonq Vanq hələ 2019-cu ildə dünyada ən sürətli kameranı təqdim etmişdi: saniyədə 10 trilyonadək şəkil çəkə bilir. Ancaq belə böyük çəkiliş sürətinə malik qurğuda potensial tədqiqatçılar üçün maraqlı hadisələri qeydə ala bilən funksiyalar yox idi.
Buna görə alim yeni vizuallaşdırma sisteminin köməyi ilə kameranı yeniləyib. İndi qurğu eyni zamanda yüksəksürətli çəkilişi və fazalı kontrast mikroskopiya metodunu dəstəkləyir.
Bu texnologiya yalnız şəffaf obyektləri deyil, həm də zərbə dalğaları, hətta neyronlardan keçən siqnalları qeydə almağa imkan verir.
Emil Hüseynov