Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vilayət Eyvazov: ''2019-cu ildə 818 cinayətkar qrup zərərsizləşdirilib''

Vilayət Eyvazov: ''2019-cu ildə 818 cinayətkar qrup zərərsizləşdirilib''

Tarix: 22 Yanvar 2020 17:16

"Ötən il 818 cinayətkar qrup zərərsizləşdirilib".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində 2019-cu ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında nazir, general-polkovnik Vilayət Eyvazov deyib.

V.Eyvazov "102" Xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə 2039 cinayətin "isti izlərlə" açıldığını, 7.556 hüquqazidd əməlin qarşısının alındığını, "Təhlükəsiz şəhər" sisteminin imkanları ilə 575 cinayətin açıldığını vurğulayıb. Həmçinin, təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi sahəsində görülmüş tədbirlərlə 3608 nəfərin tutulduğunu diqqətə çatdırıb.

Nazir qeyd edib ki, mütəşəkkil cinayətkarlıqla mübarizə də məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 818 cinayətkar qrup zərərsizləşdirilib. Qeyri-leqal dövriyyədən bütövlükdə 1 ton 231 kiloqram narkotik vasitə çıxarılıb. Qeyri-qanuni kultivasiya edilən 127 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31.539 cinayət işindən 81 faizinin istintaqı daxili işlər orqanları müstəntiqləri tərəfindən aparılıb və vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi məhz istintaq zamanı ödətdirilib.


Etiketlər:  Vilayət Eyvazov 2019 ildə cinayətkar qrup zərərsizləşdirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ