Tarix: 17 May 2019 13:20
Haiti millisinin Amerika Kuboku üçün geniş heyəti açıqlanıb.Qol.az-ın yerli federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, yığmanın baş məşqçisi Mark Kollat ilkin mərhələdə 40 futbolçuya dəvət göndərib. Onların arasında "Qarabağ"ın müdafiəçisi Donald Gerye və "Neftçi"nin yarımmüdafiəçisi Soni Mustivar da var.
Qeyd edək ki, turnirin startına qədər futbolçuların sayı 23 nəfərə endiriləcək.