Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 03:28
Bakı. Trend:
İranın Hormozqan vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.
Zəlzələ yerli vaxtla saat 22:53-də 21 kilometr dərinlikdə qeyd alınıb. Yeraltı təkanların episentri Sarqaz kəndindən məsafədə olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin