Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 22:48
ABŞ prezidentliyinə namizəd olan, keçmiş vitse-prezident Co Bayden Feysbuku və onun yaradıcısı Mark Zukerberqi saxta məlumat yaymaqda təqsirləndirir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Bayden Mark Zukerberqi ciddi və böyük problem adlandırıb. Buna səbəb kimi isə onun pul müqabilində yanlış məlumat yaymağını göstərib.
Qeyd edək ki, sözügedən görüntülər "Ukrayna işi" adlanır. Feysbukda yayılan videomaterialda Co Baydenin ukraynalı məmurları şantaj etməsindən danışılır.
"Ona (red:Zukerberq) yüksək məbləğdə pul ödəyiblər ki, həqiqəti əks etdirməyən material yayımlasın", - deyə keçmiş vitse-prezident bildirib.