Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Restoranda dava salan nazir istefa verdi

Restoranda dava salan nazir istefa verdi

Tarix: 24 Yanvar 2020 10:06

Slovakiyanın Ekologiya naziri Laslo Solimos istefa verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, onun istefa verməsinə Bratislavada yerləşən restoranların birində içkili vəziyyətdə dava etməsi səbəb olub. Solimos dava zamanı restoran işçilərinə hücum edib və onlardan birinə xəsarət yetirib.

Məsələ ictimailəşdikdən sonra Baş Nazir Peter Pelleqrini L.Solimosu qəbul edərək, baş vermiş hadisəyə görə ictimaiyyət qarşısına çıxaraq üzr istəməyi tələb edib.

Baş Nazirlə görüşdən sonra istefa verdiyini bildirən L.Solimos jurnalistlərin suallarına cavab verməkdən də imtina edib.


Etiketlər:  Restoranda dava salan nazir istefa verdi


RƏYLƏR