Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fəzail Ağamalı seçicilərlə görüşlərini davam etdirir (VİDEO)

Fəzail Ağamalı seçicilərlə görüşlərini davam etdirir (VİDEO)

Tarix: 24 Yanvar 2020 10:58

Bakı. Trend:

60 saylı Salyan – Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalının növbəti görüşü Aşağı və Yuxarı Noxudlu kəndlərində keçirilib.

Trend-in məlumatına görə, Qarabağ döyüşlərində şəhid olan igid əsgərlərimiz ziyarət olunub, məzarları üzərinə tər çiçəklər düzülüb.

Yüksək əhval-ruhiyyə ilə başlayan görüşdə seçicilər Prezident İlham Əliyevin xalqımıza, şəhid ailələrinə və Qarabağ əlillərinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiriblər, hər zaman onunla, dövlətçiliyimizlə bərabər olduqlarını önə çəkdilər.

Görüşdə ötən deputatlıq dönəmində Fəzail Ağamalının seçicilərlə sıx əlaqə saxladığı, onların çağırışlarına, təkliflərinə, ayrı-ayrı problemlərinin həllinə böyük həssaslıq göstərdiyi qeyd edilib və qarşıdan gələn parlament seckilərində bir daha Fəzail Ağamalıya səs verəcəklərini bildiriblər.

Görüş iştirakçıları qarşısında çıxış edən Fəzail Ağamalı ötən dörd ildə fəaliyyətinin bütün tərəfləri haqqında ətraflı məlumat verib, Ulu Öndərimiz Heydər Əliyevin dövlətçilik xəttinə xidmət etməyi şərəf və vətəndaşlıq borcu kimi dəyərləndirib, bu yolu müqəddəs yol kimi qiymətləndirib və seçiciləri dövlətçiliyimiz ətrafında sıx birləşməyə çagırıb.

Fəzail Ağamalının çıxışı və seçkilərdə onun dəstəklənməsi alqışlarla qarşılanıb.

Görüşdən sonra Fəzail Ağamalı ərazi bütövlüyümüz uğrunda şəhid olan Fuad Balayevin və İlham Əmənovun anaları Leyla xanımı və Mahirə xanımı ziyarət edib.


Etiketlər:  Fəzail Ağamalı seçicilərlə görüşlərini davam etdirir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ