Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti
Tarix: 24 Yanvar 2020 18:20
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Keşlə" bu gün son yoxlama oyununa çıxıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Tərlan Əhmədovun komandası Slovakiyanın "Zemplin" klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. "Keşlə"nin qolunu 8-ci dəqiqədə yeni transfer Aleksandr Kristavao vurub.
Qeyd edək ki, "Keşlə" ilk oyunda Almaniyanın aşağı liqa klubu "Zvikau"ya 1:4, ikinci matçda isə Rusiya "Arsenal"ına 1:2 hesabı ilə uduzub.
Milli.Az