Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mançester Yunayted'' cərimələndi - Oyunçuların hərəkətinə görə

''Mançester Yunayted'' cərimələndi - Oyunçuların hərəkətinə görə

Tarix: 24 Yanvar 2020 19:10

İngiltərə Futbol Assosiasiyası "Mançester Yunayted"i 20 min funt sterlinq məbləğində cərimələyib.

Qol.az "Sky Sports"a istinadən yaydığı xəbərə görə, buna komandanın futbolçularının Premyer Liqanın 23-cü turunda "Liverpul"la matçda etdiyi hərəkət səbəb olub. Oyunçuların sakit davranış sərgiləmədiyi bildirilib.

Belə ki, "Liverpul"un futbolçusu Roberto Firminonun birinci hissədə vurduğu qoldan sonra "qırmızı şeytanlar"ın oyunçular görüşün hakimi Kreyq Pousonu mühasirəyə alıblar. R.Firminonun sonra qolu ləğv olunub.

Qeyd edək ki, "Liverpul" - "Mançester Yunayted" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 


Etiketlər:  Mançester Yunayted cərimələndi Oyunçuların hərəkətinə görə


RƏYLƏR