Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 17:16
PSJ-nin futbolçusu Kilyan Mbappe məşhurluğun ona yaratdığı problemlərdən danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçu tanındığı üçün hamı kimi rahat gəzə bilmədiyini deyib:
"Çölə çıxan kimi izdiham baş verir. İndi marketə də gedə bilmirəm. Pendir almağı unutmuşamsa, mağazaya qayıda bilmərəm. İndi hamı kimi rahat ola bilmirəm. Məsələn, gəzməyə, dondurma yeməyə çıxıram. Amma dondurmanı yalamağa vaxtım olmur. Çünki artıq ətrafıma 500 nəfər insan toplaşır. Mən özüm belə həyat istəyirdim. Vəziyyəti qəbul edirəm".