Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2020 21:36
Bakı. Trend:
Ötən sutka ərzində xarici ölkələr ərazisindən Suriyaya 981 qaçqın qayıdıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Livandan "Ceydet-Yabus" və "Tel-Kalah" buraxılış məntəqələrindən 213 qaçqın (64 qadın, 108 uşaq), İordaniyadan "Nəsib" buraxılış məntəqəsindən 768 qaçqın (230 qadın, 392 uşaq) öz ölkəsinə qayıdıb.
Ölkə daxilində daimi yaşayış yerlərinə sutka ərzində qayıdan Suriya vətəndaşları olmayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin